Ru
09:30 / 12 Oktyabr 2021

Ərdoğanla Bayden Qarabağı müzakirə edəcək

Ərdoğanla Bayden Qarabağı müzakirə edəcək
Eye

“ABŞ-la geniş əlaqələrimiz var”.

Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydeninin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı sualı cavablandıran sözçü deyib:

“ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şəqri Aralıq dənizi və başqa bölgələr, qlobal məsələlərlə bağlı əlaqələrimiz var. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar