Bəzən binaların söhbətgahlarında, bəzən isə binaların zirzəmilərində yaşayır...
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu 50 yaşlı qadın paytaxtın Suraxanı rayonunun Köhnə Günəşli qəsəbəsi İnqilab İsmayılov küçəsində müvəqqəti sığınacaq tapıb.
Vətəndaşlar qadının kimsəsiz olduğunu, 3 aydır küçədə qaldığını bildirdilər.
50 yaşlı Rəna Məmmədova fikrini tam ifadə etməkdə çətinlik çəksə də, belə başa düşüldü ki, həyat yoldaşı və bacısı öz evinin açarını əlindən alıb və onu 3 aydır evə qoymur.
Müsahib deyir ki, əvvəllər ailəsi ilə bir problemi olmayıb. Amma, belə anlamaq olar ki, o problemini desə də, təfərrüatlarını danışmaq istəmir.
3 aydır parklarda gecələyən Rəna Məmmədovaya ətrafda yaşan sakinlər kömək edir.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.