Ru
12:55 / 26 Yanvar 2023

Erkinin dediyində qəribə heç nə yoxdur, Tramp da elə demişdi... - Natiq Cəfərli

11151
"Erkin Qədirli fikirlərini aydın formada ifadə edib. Videoçəkiliş var. O, orada cəmi iki cümlədən ibarət bir fikir bildirib. Deyib ki, Azərbaycanda parlament seçkilərinin demokratik keçirildiyini söyləmək mümkün deyil. Bu fikir Azərbaycan hökumətinin dəvəti ilə seçki vaxtı ölkəyə gələn bir çox beynəlxalq seçki monitorinq qruplarının rəyində də öz əksini tapıb".

Bunu Bakupost.az -a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, bəzi saytlar E. Qədirlinin fikirlərini təhrif edib:
"E. Qədirli deyir, elə seçki keçirtməliyik ki, Azərbaycanda hansı partiyanın reytinqinin nə qədər olduğu, kimin hansı səslə parlamentə gəldiyi gələcəkdə şübhə altına düşməsin. Yəni bizə demokratik seçkilər lazımdır. Seçki elə keçirilməlidir ki, nəticələrə heç kim şübhə ilə yanaşa bilməsin. Çünki Azərbaycanda elə partiyalar var ki, çığır-bağır salan sədrindən və bir neçə nəfər üzvdən ibarətdir. Amma az qala özlərini ana müxalifət elan edirlər. Heç seçkilərdə belə iştirak etmirlər. Bu problemin kökündən həlli lazımdır. Bunun üçün də Azərbaycanda beynəlxalq təşkilatların demokratik seçki kimi qəbul etdiyi bir seçki olmalıdır. Bu sadə bir açıqlamadır əslində. REAL Partiyası da seçkilərdən dərhal sonra - 2020-ci il fevral ayının 10-da bəyanat verdi, seçkilərin hüquqi nəticələrini tanıdıq. Amma siyasi nəticələri tanımadığımızı öz rəsmi bəyanatımızda elan etdik. Erkin Qədirli həm də ona istinad edir. Çünki biz orda seçkilərdəki problemləri sadalamışıq. Demokratik seçkilərin olmaması, seçki saxatakarlığı səbəbindən mənim dairəmdə 11 məntəqənin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləvğ edilib. Bütün bunlar onu göstərir ki, seçki zamani ciddi pozuntular baş verib".

N. Cəfərilinin sözlərinə görə, REAL-ın ən çox müşahidəçiləri Erkin Qədirlinin dairəsində olub:

"O, cəmi 2000-dən bir az yuxarı səslə ölkədə ən az səs alıb deputat seçiləndir. Söhbət Erkin Qədirlinin özündən getmir. Söhbət ümumi prosesdən gedir. Bu baxımdan Erkin Qədirlinin dediklərində qəribə heç nə yoxdur. Biz çalışmalıyıq ki, beynəlxalq qurumların Azərbaycandakı sekçilərlə bağlı verdiyi rəyi dəyişək. Demokratik seçkilərin olması üçün şərait yaradaq ki, heç vaxt mənfi rəy verilməsin, seçki şübhə altına alınmasın. Trampın özü ABŞ-da seçkilərin qeyri-demokratik olduğunu söylədi. Dünyanın ən demokratik ölkələrində belə seçkilərdən sonra problemlər olur. Bu normal siyasi bir prosedurdur. Bundan sensasiya düzəltməyə ehtiyac yoxdur".


Qeyd edək ki, ötən gün E.Qədirli "Bizdə demokratik seçki yoxdur" deyə açıqlama verib.



Əfsanə
BakuPost
Şərhlər
  • İM

    Şəki də son 10 -ildə keçirilən Bələdiyyə və Deputat seçkiləri saxtakarlıqla , yəni icra hakimiyyətinin rəyi əsasında başa çatıb ?

  • Məhbub Əliyev

    Deputat Erkin Qədirli hərtərəfli savadlı və intilgent adamdır. O, sözü ona görə demir ki, kimlərəsə xoş gəlsin. Onun dediyi həqiqətdir və Azərbaycan cəmiyyəti bunu qəbul edir. İllərlə MM-də oturub ancaq öz tayfası üçün işləyən deputatlardan fərqli olaraq Erkin Qədirli kimi 15-20 deputatımız olsa idi Aİ-də çoxdan bizi yaxşı tərəfdən tanıyardılar. Deputatların böyük əksəriyyəti bilmir ki, Azərbaycan hansı dövlətlərlə necə münasibətdədir. Bir şey olan kimi "prezidentimiz belə dedi, elə dedi..." , soruşan yoxdur ki, Sizlər nə üçünsünüz? Sizlər ancaq yaltaqlıq nümayiş etdirirsiniz. Rəhmətlik Bəxtiyar Vahabzadə MM-in tribunasından yaxşı dedi Sizlər üçün. Heç olmasa Erkin Qədirli kimi deputatların qədrini bilin, axı onlar Sizin də işinizi görürlər. Necə deyərlər "özünü tanıyan Allahını tanıyar".

  • Faiq

    Demokratik seçki demokratik ölkələrdə olur.Məzahirlə demokratiya uyğun gəlmir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər