Ru
19:05 / 04 Aprel 2021

Ermənilər Horovlunu belə erməniləşdirməyə çalışıb - FOTOLAR

2340

Azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıntıların miqyası hədsizdir.


"BakuPost" Trend-ə istinadən xəbər verir ki, dağıntılara məruz qalan Azərbaycan kəndlərindən biri də Cəbrayıl rayonun işğaldan azad olunan Horovlu kəndidir. Ermənilər kənddə məktəb, bağça yaşayış evlərini tamam dağıdıblar.

Bununla kifayətlənməyən ermənilər əvəzində həmin əraziyə özlərinə aid saxta üzərində ermənicə yazılar yazılmış daşlar qoyub. Məqsəd isə bu ərazini erməniləşdirərək Ermənistan ərazisi kimi təqdim etmək olub.

Horovlu kənd sakini Rəhim Hümbətov açıqlamasında bildirib ki, bu ermənicə yazılar olan daşların heç biri işğaldan əvvəl bu kənddə olmayıb:

“Bu daşlar hamsı sonradan qoyulub bura, məqsəd kəndimizi erməniləşdirmək olub. Amma buna nail ola bilmədilər. Ali Baş Komandanın idarəçiliyi ilə güclü Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdi. Bu əraziləri yenidən bərpa edib, öz doğma el-obamıza qayıdacağıq”.

Horovlu kəndindən çəkilmiş görüntüləri təqdim edirik:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər