Ru
23:46 / 29 Yanvar 2021

Ermənilər Kəlbəcərə gedən maşın karvanının qarşısını kəsdilər FOTOLAR + VİDEO

15951

Bir neçə gün əvvəl Kəlbəcər rayonunun (keçmişdə Ağdərənin) Heyvalı (Drmbon) kəndinin erməni sakinləri Azərbaycana aid maşın karvanının qarşısını kəsərək, Rusiya sülhməramlıların generalına bildirmişdilər: "Azərbaycan Kəlbəcər yolundan istifadə etməklə Vardenis istiqamətində dövlət sərhədini açmasa, Ağdərə yolundan Azərbaycan maşın karvanlarının istifadəsinin qarşısı alınacaq".

Erməni gədələrin hədəsi keçərli oldu. Azərbaycan maşın karvanlarının hətta sülhməramlıların müşayəti ilə də keçməsinə imkan verilmədi.

Ermənilər Azərbaycan dövlət nömrə nişanlı avtomobillərin Azərbaycan bayrağı ilə hərəkətinə imkan vermədilər. Burda deyiblər ki, “dad yarımçıq əlindən”. Yarımçıq işin nəticəsi budur. Xankəndi bizim yarımçıq işimizdir və biz hələ də torpaqlarımızda sərbəst hərəkət edə bilmirik.

Yaranmış situasiyada ən böyük irad Rusiya sülhməramlılarına bildirilməlidir. Necə sülhməramlısan ki, bir mülki maşın karvanının təhlükəsizliyini təmin edə bilmirsən?! Bacarmırsansa, burda nə işin var?

Azərbaycan tərəfi bu hadisəyə sakit qalmamalıdır. Təcili Laçın dəhlizi istiqamətində dövlət sərhədinə nəzarət edəcəyini bildirib, hərəkətə keçməlidir. Rusiya sülhməramlılarının heç bir iradı bu situasiyada qəbulolunan deyil. 27 illik atəşkəsdən - “gözü çıxmış qurd qardaşdan” ibrət götürülmədimi?

Ümid edirik ki, müzəffər ordunun Ali Baş Komandanı Dağlıq Qarabağda yaşanan xoşagəlməz olaylardan müfəssəl məlumatlıdır. Dəmir yumruğu yenidən göstərməsə, nə seperatçılar, nə də onların sülhməramlı yengələri ağıllanan deyil. Gözlər yalnız və yalnız onda...
moderator.az

Şərhlər
  • Hamlet Abdullayev

    İnanaqmi ki,ruslar o yükləri aparıb mənzil başına çatdıracaq,yoxsa ordan birbaşa ermənilərə veriləcək?

  • Hamlet Abdullayev

    Yəni,inanaqmi ki,

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər