Ru
22:32 / 14 Oktyabr 2021

Ermənilərin terror-təxribat əməlini kəskin şəkildə qınayırıq - XİN

Ermənilərin terror-təxribat əməlini kəskin şəkildə qınayırıq -  XİN
Eye

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlunun şəhid olması ilə bağlı məlumat yayıb.

Bu barədə Bakupost.az XİN-ə istinadən xəbər verir.

Bu terror-təxribat əməlini kəskin şəkildə qınayırıq.

Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir.

Allah Şəhidimizə rəhmət eləsin!

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar