Ru
23:05 / 21 May 2019

Ermənistan "Arsenal"ın erməni futbolçusundan öz təxribatçı məqsədləri üçün istifadə edir - XİN

Ermənistan "Arsenal"ın erməni futbolçusundan öz təxribatçı məqsədləri üçün istifadə edir -  XİN
Eye

Ermənistan XİN mətbuat katibi Bakıda
keçiriləcək UEFA Avropa Liqası final oyunu və "Arsenal"ın oyunçusu
H.Mxitaryanın Bakıya səfər etməməsi ilə bağlı açıqlama ilə çıxış edib.

 

Bakupost.az-ınməlumatına görə, Azərbaycan Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu barədə məlumatlara
münasibət bildirib:
 

Azərbaycan tərəfindən bu ilin 29 may
tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak
edəcək bütün oyunçuların, o cümlədən Arsensal futbol klubunun oyunçusu
H.Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin
olunacağı barədə məlumat verilib.
Şəxsən XİN-in mətbuat katibi kimi mən
bu xüsusda ünvanlanan suallara cavab olaraq, Azərbaycanın idmanla siyasəti
eyniləşdirmədiyini dəfələrlə qeyd etmişəm. Azərbaycan ilk dəfə deyil ki,
mötəbər idman yarışlarına ev sahibliyi edir və paytaxtımızda indiyədək
keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak
ediblər.

 

 
Ermənistan XİN-in
"Arsenal" futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər
etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili siyasi problemləri səbəbindən
idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir. Ermənistan XİN-in
belə bir oyunda iştirak etməsi yalnız təəssüf doğurur.
Əfsuslar olsun ki,
bu addım Ermənistanın Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd edildiyi
kimi xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş
etdirdi. Təəssüf ki, Ermənistan Arsenalın erməni əsilli oyunçusunu öz
təxribatçı məqsədləri üçün istifadə edir. Bu həm də onu nümayiş etdirdi ki,
birinci növbədə Ermənistan xalqının sülhə hazırlanmağa ehtiyacı var. Ağlasığmaz
və gülüncdür ki, Azərbaycanın işğal etdiyi ərazilərində etnik təmizləmə həyata
keçirən, monoetnik ölkə olan Ermənistan Azərbaycanı rasizmdə ittiham edir.
Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların sülh və tolerantlıq mühitində
birgə yaşayışı bütün dünyaya yaxşı bəllidir.

 

 
UEFA-nın Avropa
Liqasının final oyununun Bakıda yüksək səviyyədə təşkili, ölkəmizə səfər edən
əcnəbilərin (istər futbol oyunçuları, istərsə də pərəstişkarlar olsun)
Azərbaycandakı real vəziyyətlə yerindəcə tanış olmaları Ermənistan XİN-in
əsassız iddialarının ən gözəl cavabı olacaq.

 

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar