Ru
17:49 / 19 Avqust 2019

Ermənistan sərhədçiləri azərbaycanlı fermerin mal-qarasını oğurladı

2718
Gürcüstanın Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Qaçağan kənd sakini Əflatun Əlyevə məxsus 12 baş iri buynuzlu mal-qara oğurlanıb.


Bakupost report-a istinadən xəbər verir ki, bu barədə Marneuli Bələdiyyə məclisinin üzvü, Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Azad Kərimov məlumat verib.


Onun sözlərinə görə, hadisə dörd gün öncə baş verib: "Kənd sakinləri və polis dörd gündür itən mal-qaranı axtarır. Amma hələ heç bir nəticə yoxdur. Hadisə ilə bağlı Marneuli rayon rəhbərliyinə də müraciət olunub”.


A.Kərimov bildirib ki, fermer mal-qaranın Ermənistan tərəfinə keçdiyi və orada erməni sərhədçiləri tərəfindən oğurlandığını iddia edir: "Analoji hadisə ötən il də baş verib. Ermənistan sərhədçiləri azərbaycanlıya məxsus 15 baş iri buynuzlu mal-qaranı oğurlayıblar. Gürcüstan Daxili İşlər Nazirliyinin müdaxiləsindən 12-13 gün sonra mal-qaranın 14-ü qaytarıldı”.


Bələdiyyə üzvü qeyd edib ki, borcu olan Ə.Əliyev oğurlanan mal-qarasının böyük hissəsinin geri qaytarılacağına ümid edir.


A.Kərimov əlavə edib ki, Gürcüstanda Ermənistanla sərhəddə azərbaycanlıların yaşadığı kəndlərdə bu cür insidentlər tez-tez baş verir: "Ermənistan sərhədçiləri bir neçə ay öncə at və bir neçə mal-qara da oğurlayıblar. Nəticədə kənd sakinlərinə böyük zərər dəyib”. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər