Ermənistandan bir qrup ekspetdən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlir.
Bakupost.az erməni mediasına istinadən bildirir ki, erməni ekspertlər sabah, 21 noyabrda Bakıya yola düşəcəklər.
Bu gün keçirilən iclasda hökumət 21-22 noyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək dəyirmi masa müzakirəsində beş erməni ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17.550.000 dram ayırmaq qərarına gəlib.
Qərarın əsaslandırılmasında deyilir ki, dəyirmi masa müzakirəsində iştirak Ermənistan və Azərbaycandakı vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələri asanlaşdıracaq və iki ölkə cəmiyyətləri arasında etimadın qurulması mexanizmlərini yaradacaq.