Ru
19:25 / 05 Dekabr 2025

Ermənistan və Azərbaycan arasında sülh sazişi yeni imkanlar açır

Ermənistan və Azərbaycan arasında sülh sazişi yeni imkanlar açır
Eye

Ermənistan və Azərbaycan arasında sülh sazişi Transxəzər marşrutunun inkişafı üçün böyük perspektivlər yaradır.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Qazaxıstanın “Silk Way” telekanalına müsahibəsində bildirib.

“Aprel ayında keçirilən Aİ–Mərkəzi Asiya sammitində Orta Dəhlizin inkişafını sürətləndirmək barədə razılığa gəlmişdik. Ermənistan və Azərbaycan arasında sülh sazişi də yeni imkanlar açır. Bu, Asiyanı Avropaya birləşdirən və Qara dənizə çıxışı olan Transxəzər marşrutunun tam inkişafı üçün böyük perspektivlər yaradır”, - Koşta qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar