Ru
16:05 / 14 Fevral 2020

Ermənistanda hərbi maşın aşdı: 6 yaralı

1502
Ermənistanda hərbçilərin olduğu nəqliyyat vasitəsi qəzaya düşüb.

Erməni mətbuatının yazdığına görə, hadisə ötən gün baş verib. Belə ki, fevralın 13-də "Muratsan" hərbi hospitalından Sisiyana əsgər aparan avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.


Nəticədə avtomobildə olan 6 əsgər yaralanıb. Xəstəxanaya çatdırılan əsgərlərin üçünün vəziyyəti ağırdır. Qəzanın baş verməsinə yolların buz bağlaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər