Ru
18:26 / 14 Yanvar 2026

Ermənistanda qaz şoku: maye qazın qiyməti kəllə-çarxa çıxdı

Ermənistanda qaz şoku: maye qazın qiyməti kəllə-çarxa çıxdı
Eye

Erməni sosial şəbəkə istifadəçilərinin məlumatına görə, Ermənistanda maye qazın (LPG) qiymətləri yenidən sürətlə artıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində bir litr maye qazın qiyməti 200 dramdan 280 drama yüksəlib.

Bu artım dollar ifadəsində təxminən 0,73 ABŞ dolları təşkil edir.

Qiymət artımına bir neçə əsas amil təsir göstərib:

maye qaz idxalından asılılığın artması,

nəqliyyat və logistika xərclərinin yüksəlməsi,

daxili bazarda təklifin qeyri-sabitliyi.


Qeyd edək ki, maye qaz Ermənistanda əsasən taksilər və şəxsi avtomobillər üçün ən çox istifadə olunan yanacaq növlərindən biridir. Kəskin bahalaşma fonunda əhalinin gündəlik xərclərinin artacağı və sosial narazılığın dərinləşəcəyi istisna olunmur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar