Ru
17:46 / 14 Yanvar 2026

Vüsalə Əlizadə: Ağadadaş Ağayev məni aldadıb, çoxlu pul verdi

Vüsalə Əlizadə: Ağadadaş Ağayev məni aldadıb, çoxlu pul verdi
Eye

Aparıcı Vüsalə Əlizadə illər sonra Ağadadaş Ağayevlə bağlı etiraf edib.


Bakupost.az xəbər verir ki, O, aparıcısı olduğu “İncə səhər” verilişində xalq artistinin oğlunun toyunda aparıcılıq etməsinin hekayəsini bölüşüb.

Aparıcı bildirib ki, Ağadadaş Ağayev illər öncə onu aldadaraq oğlunun toyuna aparıcı kimi dəvət edib:

“Bir gün Ağadadaş Ağayev mənə zəng etdi, dedi ki, bir dostumun oğlunun toyudur, səni aparıcı kimi istəyirlər. Mən də dedim ki, əslində məbləğ bu qədərdir, amma sizin üçün daha aşağı məbləğ olar. Mən daha aşağı bir qiymət dedim. O da razılaşdı və məndən kartımı istədi. Düşündüm ki, beh yollanacaq. Bir müddət sonra gördüm ki, məbləğ tam olaraq kartıma ödənib.

Toya bir gün qalmış mən saytlardan oxudum ki, sən demə bu Ağadadaş müəllimin öz övladının toyu imiş. Zəng etdim, nə qədər xahiş etdimsə, məbləği geri qaytarmağıma icazə vermədi. Əziyyətimi yüksək şəkildə dəyərləndirdi”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar