Ru
17:10 / 06 Oktyabr 2025

"Əsas xalqdır, Kallas-mallaslar deyil"

"Əsas xalqdır, Kallas-mallaslar deyil"
Eye

Avropa İttifaqı ümumiyyətlə, maraqsızdır Mənim üçün ən önəmlisi əlahəzrət gürcü xalqıdır”.

Bakupost.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Tiflis meri Kaxa Kaladze bildirib.

Kaladze jurnalistlərə deyib: “Kallas və Kos sizə kömək etməyəcək”.

O qeyd edib ki, sabah Avropa İttifaqının nümayəndələri Kallas və Kosun birgə bəyanatına cavab veriləcək:

"Ümumi bir mesaj səslənəcək və biz bu bəyanatı gözləyəcəyik. Mənim mövqeyim sadədir: nə Kallas, nə də Kos sizə kömək etməyəcək, çünki gürcü xalqı sizi dəstəkləmir. Avropa İttifaqı heç bir maraq kəsb etmir. Mənim üçün ən başlıcası, əlahəzrət Gürcüstan xalqıdır,. Bunu başa düşməlisiniz, əsas ölkənin adi vətəndaşları, burada gördüyünüz əhalidir, kənardakı Kallas-mallasalar deyil. Bu ölkənigürcü xalqı idarə edir. Hakimiyyətdə kimin olacağına və müxalifət spektrinin necə təmsil olunacağına onlar qərar verir", - Kaladze bildirib.

Qeyd edək ki, Aİ-nin ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas və genişlənmə üzrə Avropa komissarı Marta Kos Gürcüstanda keçirilən yerli seçkilərlə bağlı birgə bəyanat yayıblar. Orada qeyd olunub ki, “bu şənbə Gürcüstanda müxalifətin uzun müddət davam edən sıxışdırılması fonunda yerli seçkilər keçirilib”.

Kallas və Kos qeyd edib ki, ölkədə müstəqil mediaya qarşı aylarla reydlər olub, vətəndaş cəmiyyətini hədəf alan qanunların qəbulu, opponentlərin və fəalların həbsi, seçki məcəlləsinə hakim partiyanın xeyrinə dəyişikliklər edilməsi “rəqabətli seçkilərin keçirilməsi imkanlarını kəskin şəkildə azaldıb”.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar