Ru
15:11 / 15 Oktyabr 2019

Eşitmə qüsurlu kişini qatar vurdu - Kürdəmirdə

3005
Bu gün saat 10:30 radələrində Sığırlı stansiyasında xəsarətlə nəticələnən hadisə baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən BakuPost.az-a verilən məlumata görə, yük qatarı stansiyanın tək yolunda hərəkət edən zaman 367-ci kilometrlikdə dəmir yolu xəttini keçmək istəyən şəxsi vurub.

“Maşinist dərhal səs siqnalları verərək tormozlama aparıb. Lakin hadisənin qarşısını almaq mümkün olmayıb. Elektrovoz Sığırlı kənd sakini, eşitmə qüsurlu Mirzə Talıb oğlu Şəmiyevi vurub. Xəsarət alan şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır”, - deyə məlumatda qeyd olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər