Ru
10:28 / 04 Noyabr 2025

Estetik-cərrah Rəşad Məmmədovdan şikayətlər artır - VİDEO

Estetik-cərrah Rəşad Məmmədovdan şikayətlər artır - VİDEO
Eye

Sosial şəbəkələrdə lor həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovun əməliyyat etdiyi 3 qadının şikayəti ictimailəşdirildikdən sonra daha 2 qadın onlara qoşulub.

BakuPost.az Xəzər TV-yə istinadla xəbər verir ki, Rüzgar Rzayevanın sözlərinə görə, 2 il əvvəl sözügedən həkim tərəfindən əməliyyat edilib.

1 həftə sonra özünü pis hiss edən qadın həkimin qəbuluna yazılıb.

Bu zaman gips açılanda dərinin gipsə yapışdığı aşkarlanıb.

Rüzgar Rzayeva iddia edir ki, həkim ona dəri köçürməsini söz versə də, daha sonra zənglərinə cavab verməyib. Burnunun çürüdüyünü iddia edən pasiyent həkimə ödədiyi məbləğin geri qaytarılmasını tələb edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar