Ru
21:25 / 11 May 2026

Estoniya Rusiya ilə sərhədə əlavə 17 milyon ayırır

Estoniya Rusiya ilə sərhədə əlavə 17 milyon ayırır
Eye

Estoniya hökuməti Rusiya ilə sərhədin möhkəmləndirilməsi üçün əlavə 17 milyon avro ayırıb.

Bakupost.az xəbər verir ki, qərar 2026-cı il dövlət büdcəsinə edilən dəqiqləşdirmələr çərçivəsində qəbul olunub.

Məlumata əsasən, vəsait şərq sərhədinin möhkəmləndirilməsi üzrə əvvəlcədən götürülmüş öhdəliklərin yerinə yetirilməsinə yönəldiləcək.

Estoniyanın daxili işlər naziri İqor Taro bildirib ki, bu addım həm də Aİ-nin xarici sərhədlərinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, ölkə 2027-ci ilə qədər “Avropanın ən təhlükəsiz xarici sərhədini” inşa etməyi planlaşdırır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar