Ru
16:22 / 09 Yanvar 2026

Etirazlar məscidləri yandırdı – VİDEO

Etirazlar məscidləri yandırdı – VİDEO
Eye

Dünən Tehranın müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarından yayılan görüntülər şəhərdə gərginliyin artdığını göstərir.

Bakupost.az xəbər verir ki, videolarda iki məscidin və bir sıra avtomobillərin yandığı görünür. Məlumata görə, yandırılan məscidlərdən biri Tehranın Səadət Abad bölgəsində yerləşən Ər-Rəsul məscididir. Digər məscid paytaxtın Golhak məhəlləsində yerləşir.

Səadətabadda baş verən etirazlarla bağlı görüntüləri paylaşan şəxs vəziyyətin son dərəcə ağır olduğunu bildirərək qeyd edib: “İnsanlar artıq ölümün astanasındadır”.

İranın rəsmi qurumları məsələ ilə bağlı hələlik açıqlama verməyib. Dövlətə yaxın media isə bu görüntülərin “təxribat məqsədilə yayıldığını” iddia edir.

Beynəlxalq media orqanları qeyd edir ki, son günlər İranda etirazlar daha sərt mərhələyə keçib və bəzi hallarda inzibati binalar, banklar və ictimai obyektlərlə yanaşı dini məkanların da zərər gördüyü barədə məlumatlar yayılır.

Müşahidəçilər bildirirlər ki, dini obyektlərin hədəfə alınması ilə bağlı görüntülər İran cəmiyyəti üçün son dərəcə həssas mövzudur və bu cür məlumatlar həm daxildə, həm də beynəlxalq aləmdə ciddi rezonans doğurur.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar