Ru
18:12 / 01 Dekabr 2025

Evlərdən oğurluq edirdilər - Polis saxladı

Evlərdən oğurluq edirdilər - Polis saxladı
Eye

Şərurda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Bakupost.az xəbər verir ki, rayonun Tumaslı kəndində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 300 manat dəyərində qızıl-zinət əşyasının və 310 manat pulun naməlum şəraitdə oğurlanmasını bildirib.

Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla Ü. Tağıyevin rayon ərazisində yerləşən digər bir evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyası və 50 manat pul vəsaiti oğurlaması da məlum olub.

İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon ərazisindəki evlərin birindən 430 manat nağd pul oğurlamaqda şübhəli bilinən Y.Sadiqov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar