Ru
19:22 / 14 Noyabr 2019

Oğlu faciəli şəkildə ölən polkovnikə yüksək vəzifə verildi

4381
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətli) rəisi təyin edilib.

BakuPost strateq.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov bu gün sərəncam imzalayıb.


İnterpolun Milli Mərkəzi Bürosunun bundan qabaqkı rəisi general-mayor Mehman Təhməzov bir müddət əvvəl yaş həddi ilə əlqədər təqaüdə göndərilib.

Qeyd edək ki, bu ilin iyul ayında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovnik Əlaslan Ağayevin oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

1991-ci il təvəllüdlü Orxan Ağayev Nərimanov rayonunda yaşadığı evin pəncərəsindən düşərək faciəli şəkildə ölüb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər