00:09 / 21 Sentyabr 2021

Faiq Quliyev Georgi Pertaia ilə görüşdü

558
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Georgi Pertaia ilə görüşüb.

Bu barədə Bakupost.az -a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsində işgüzar dairələrin rolu qeyd edilib. Bu sahədə mütəmadi olaraq qarşılıqlı səfərlərin həyata keçirilməsinin, o cümlədən biznes forumların və konfransların təşkilinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də, həmin qurumlar arasında təcrübə mübadiləsinin aparılması və müvafiq sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin davam etdirilməsinin önəmi vurğulanıb.

Eyni zamanda, hər iki ölkənin özəl sektor təmsilçiləri arasında artan marağı və potensialı nəzərə alaraq, yaxın gələcəkdə Bakıda işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Gürcüstan Biznes Forumunun keçirilməsinin faydalı ola biləcəyi qeyd edilib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər