ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəsmiləri yüksək inflyasiya fonunda faiz dərəcələrinin artırılması ehtimalının gücləndiyini bildiriblər.
“Bakupost” xəbər verir ki, Minneapolis Federal Ehtiyat Bankının prezidenti Nil Kaşkari inflyasiyanın hələ də yüksək səviyyədə qaldığını qeyd edərək, faiz dərəcələrinin mərhələli şəkildə artırılmasının vaxtının çatdığını deyib.
FES İdarə Heyətinin üzvü Liza Kuk isə inflyasiyanın azalmasına dair yaxın vaxtlarda müsbət nəticələr görünməyəcəyi təqdirdə faiz artımını dəstəkləməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, inflyasiyanın uzun müddət yüksək qalması qiymətlərin və əməkhaqlarının artımını daha da sürətləndirə bilər.
San-Fransisko Federal Ehtiyat Bankının prezidenti Meri Deyli də inflyasiyanın gözləniləndən uzun sürəcəyi halda daha sərt monetar addımların atılmasının mümkün olduğunu vurğulayıb.
Vüsalə Hüseynova,
BakuPost