Ru
17:04 / 20 Dekabr 2021

FHN-in əməkdaşı Dünya çempionu oldu - FOTO

4471
Dekabrın 11-15-də Ukraynanın Xarkov şəhərində şaolin döyüş sənətləri üzrə Dünya çempionatı keçirilib.

Bakupost.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Azərbaycanı gənclərdən ibarət yığma komandanın baş məşqçisi Taleh Nağızadə və peşəkarlardan ibarət komandanın baş məşqçisi Ruhi Hüseynovun rəhbərliyi ilə idmançılar təmsil ediblər. Komandamızın üzvləri çempionatda böyük nailiyyətlər əldə edərək qızıl, gümüş və bürünc medallarla Vətənə dönüblər. Qaliblər arasında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon YMH-nin yanğınsöndürəni daxili xidmət çavuşu, FHN işçilərinin Həmkarlar İttifaqının üzvü Valeh Sahratlı da var. 70 kq çəki dərəcəsində çempionata qatılan Valeh Sahratlı mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək gənclər arasında dünya çempionu tituluna sahiblənib.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov ittifaqın üzvü Valeh Sahratlı ilə görüşərək onu qazandığı qələbə münasibətilə təbrik edib, şəxsi həyatda, xidmətdə və idman yarışlarında uğurlar arzulayıb.

Görüşdə Mehman İsmayılov bildirib ki, gənclərimizin mötəbər beynəlxalq yarışlarda əldə etdikləri möhtəşəm qələbələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısının bariz nümunədir. Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu idman siyasəti nəticəsində idman və bədən tərbiyəsi gənclər və yeniyetmələr arasında böyük populyarlıq qazanıb. Məqsədyönlü və intensiv şəkildə reallaşdırılan islahatlar sözügedən sahənin inkişafı üçün hərtərəfli şərait yaradıb. Məhz cənab Prezidentin göstərişinə əsasən mütəmadi aparılan davamlı təbliğat və yaradılan güclü maddi-texniki baza gənclərimizin bir çox sahələrdə olduğu kimi, idmanda da çox böyük uğurlar əldə etməsinə vəsilə olub. Çox sevindirici haldır ki, dövlət başçısının bu əvəzsiz diqqət və qayğısından yararlananlar arasında FHN-in sıralarında xidmət edən gənclər də var. FHN əməkdaşı Valeh Sahratlını da respublikamızı uğurla təmsil edən gənclər arasında görmək qürurvericidir.


Qeyd edək ki, Sahratlı Valeh Həşim oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Valeh Sahratl kontakt-karate idman növü üzrə səkkizqat respublika çempionudur. 2015-ci ildə keçirilmiş ful kontakt idman növü üzrə Avropa çempionatında qızıl, 2008-ci ildə keçirilmiş çoxmübarizəli idman döyüş növləri üzrə Dünya çempionatında bürünc medal qazanıb.

Göstərdiyi əzmkarlığa görə Valeh Sahratlı Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb.
FHN-in əməkdaşı Dünya çempionu oldu - FOTO
FHN-in əməkdaşı Dünya çempionu oldu - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər