Ru
13:16 / 27 Fevral 2021

Məşhur politoloqa Prezidentin fərdi təqaüdü veriləcək - FOTO

2244
Prezident İlham Əliyev Fikrət Yaqub oğlu Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Bakupost.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Fikrət Yaqub oğlu Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin professoru olan politoloq F.Sadıxov 1968-1969-cu illərdə Yəmən Ərəb Respublikasında, 1969-1972-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Daha sonra 1972-1975-ci illərdə Yəmən Xalq Demokratik Respublikasında vəzifəsinə Adən şəhərində davam edib. 1975- 1985-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi, 1985-1992-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində baş direktor, 1993-1996-cı illərdə Sosial İdarəetmə və Politologiya İnstitutunda Beynəlxalq münasibətlər fakültəsinin professoru, 1996-1999-cu illərdə Ali Diplomatiya kollecinin professoru vəzifəsində olub. 1996-cı ildən bu günədək Qərbi Kaspi Universitetinin Siyasi elmlər və Beynəlxalq münasibətlər kafedrasında çalışır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər