Formula 1 üzrə Azərbaycan Qran-Prisi başa çatıb.
Bakupost.az xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan yürüşü "Red Bull"un pilotu Maks Ferstappen qazanıb.
Niderlandlı sürücü ən yaxın rəqibi Corc Rasseli ("Mersedes") 14.6 saniyə qabaqlayıb.
İlk üçlüyü "Uilyams"dan Karlos Sayns qapayıb.
Yürüşün ilk dövrəsində cari mövsümün liderlilərindən olan "Maklaren"in pilotu Oskar Piastri qəza edərək çıxışını erkən bitirib.
Qeyd edək ki, Maks Ferstappen 2022-ci ildə keçirilən Azərbaycan Qran-Prisinin də qalibi olub. O, bu göstəricidə Azərbaycan Qran-Prisini ən çox qazanan meksikalı Serxio Peresə çatıb.
******
15:21
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışının startında qəza baş verib.