Kamerunda 43 ildir hakimiyyətdə olan prezident Pol Biya yenidən seçkilərə hazırlaşır. O, növbəti prezident seçkilərində namizəd olub və yenidən dövlət başçısı seçilmək niyyətindədir.
Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, onun qızı, hazırda İsveçrədə yaşayan Vrenda Viya sosial şəbəkələrdə atasına səs verməyəcəyini açıqlayıb və vətəndaşları da buna çağırıb.
Vrenda bildirib ki, atasının uzunmüddətli hakimiyyəti ölkəyə və hətta ailəyə belə əzab gətirib:
“O, insanlara, o cümlədən öz ailəsinə iztirab yaşadıb. Mən seçkilərdə ona səs verməyəcəyəm və kamerunlulara da eyni addımı atmağı tövsiyə edirəm.”
Qeyd edək ki, Biya 92 yanındadır və 1982-ci ildən ölkəni idarə edir.
İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanan hakimliyə namizədlər müsabiqənin növbəti - yazılı imtahan mərhələsinə buraxılacaqlar.