Ru
12:42 / 21 Sentyabr 2025

Hakim olmaq istəyənlər İMTAHANDA

Hakim olmaq istəyənlər İMTAHANDA
Eye

Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir.

Bakupost.az xəbər verir ki, bu barədə informasiyanı Dövlət İmtahan Mərkəzi yayıb.
Məlumata görə, sentyabrın 21-də hakimliyə namizədlərlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilir.


Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırırlar.

İmtahanın nəticələri hər bir namizədə sualları cavablandırdıqdan dərhal sonra elan olunacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar