Ru
12:21 / 21 Sentyabr 2025

Britaniya Rusiyanın dondurulmuş aktivləri ilə Ukraynaya kredit verəcək

Britaniya Rusiyanın dondurulmuş aktivləri ilə Ukraynaya kredit verəcək
Eye

Böyük Britaniya hökuməti Rusiyanın dondurulmuş dövlət aktivləri hesabına Ukraynaya yeni kredit dalğası təqdim etməyi nəzərdən keçirir.

Bakupost.az xəbər verir ki, bu barədə planı ölkənin maliyyə naziri Reyçel Rivz açıqlayıb.

Rivz bildirib ki, kreditlər beynəlxalq hüquqa uyğun olacaq və Rusiyanın aktivlərinin daimi müsadirəsini nəzərdə tutmayacaq. O, həmçinin vurğulayıb ki, yalnız iqtisadi və maliyyə baxımından məsuliyyətli variantlar nəzərdən keçirilir.

Hazırda Böyük Britaniyada təxminən 25 milyard funt sterlinq, Avropa İttifaqında isə 185 milyard avro Rusiyanın aktivləri dondurulub. Bu vəsait Ukraynaya veriləcək “reparasiya krediti” proqramını maliyyələşdirəcək və Aİ planları ilə uyğun işləyəcək.

Eyni zamanda, ABŞ Senatında qanun layihəsi hazırlanıb. Layihəyə görə, Vaşinqton hər üç ayda bir Ukraynaya dondurulmuş rus aktivlərindən vəsait göndərəcək, hər dəfə ən azı 250 milyon dollar ayrılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar