Ru
12:33 / 21 Sentyabr 2025

Formula 2-nin qalibi müəyyənləşdi - YENİLƏNDİ - FOTO

Formula 2-nin qalibi müəyyənləşdi - YENİLƏNDİ - FOTO
Eye

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi müəyyənləşib.


Bakupost.az xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan yürüşün qalibi DAMS komandasının pilotu Cek Krouford olub.


"AIX Rasinq"dən Coşua Dürksen ikinci, "İnvikta"dan Leonardo Fornaroli isə üçüncü olub.

Bu gün, həmçinin saat 15:00-da Formula 1-in əsas yarış keçiriləcək.


11:44

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışında qəza baş verib.

Bakupost.az xəbər verir ki, yürüşün 5-ci dövrəsində "Trident" komandasının pilotu Martinius Stenşorn baryerə çırpılıb.

Bununla da trasa təhlükəsizlik maşınları daxil olub.

Stenşorn yarışı erkən bitirib.


11:02

Bakıda Formula 2 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.


Bakupost.az xəbər verir ki, hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.

Sentyabrın 20-də təşkil olunan sprint turunu “Haytek”in pilotu Dino Beqanoviç qazanıb.

İkinci sıranı onun komanda yoldaşı Lük Brauninq, üçüncünü isə "Rodin Motorsport"dan Aleks Dann tutub.

Bu gün, həmçinin saat 15:00-da Formula 1-in əsas yarış keçiriləcək.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar