Ru
22:55 / 20 Sentyabr 2025

Güləşçimizdən böyük QƏLƏBƏ: ikinci dəfə dünya çempionu oldu

Güləşçimizdən böyük QƏLƏBƏ: ikinci dəfə dünya çempionu oldu
Eye

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Bakupost.az xəbər verir ki, yarışın səkkizinci günündə 72 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı Ülvi Qənizadə finalda fransalı İbrahim Qanemi ilə üz-üzə gəlib.

Güləşçimiz rəqibini 4:2 hesabı ilə məğlub edərək yunan-Roma güləşi üzrə növbəti dəfə dünya çempionu olub.

Xatırladaq ki, ötən il Tiranada keçirilən dünya çempionatının finalında da güləşçimiz Qanemini üstələmişdi.

Qeyd edək ki, Ülvi Qənizadə 2022-ci ildə Belqradda keçirilən dünya çempionatının finalında türkiyəli Əli Arsalana uduzaraq gümüş medal qazanmışdı. O, həm də 2023-cü ilin Avropa çempionudur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar