Ru
20:34 / 20 Sentyabr 2025

Xankəndidə Şəhər Günü keçirildi

Xankəndidə Şəhər Günü keçirildi
Eye

Sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə Xankəndi şəhərində təntənəli konsert proqramı təşkil olunub.

Bakupost.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən qeyd edilən bu əlamətdar gün xalqımızın qürur və zəfər tarixinin təcəssümü kimi böyük coşqu ilə qeyd edilib.

Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramında tanınmış incəsənət xadimləri, musiqiçilər və rəqs ansamblının kollektivi çıxış ediblər.

Tədbirə həm Xankəndidən, həm də ölkənin müxtəlif bölgələrindən minlərlə insan qatılıb. Şəhər meydanında qurulan səhnədə səslənən musiqilər, ifa olunan mahnılar təqdim edilən rəqs nömrələri, Xankəndinin azad ruhunu əks etdirən konsert proqramı hər kəsdə böyük qürur və fərəh hissi, xoş ovqat yaradıb.

Bu gün Xankəndidə səslənən musiqi sədaları, həm də Azərbaycan xalqının zəfər iradəsinin, doğma torpaqlarımıza qayıdışının sədası olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar