ABŞ Prezidenti Donald Tramp, vitse-prezident J.D.Vens, Nümayəndələr Palatasının spikeri Mayk Cons və federal kabinet üzvləri sentyabrın 21-də siyasətçi Çarli Kirkin dəfn mərasimində çıxış edəcəklər.
Bakupost.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News" telekanalında bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Arizonadakı anım mərasiminə ABŞ administrasiyasının əməkdaşlarının olduğu tam dolu iki təyyarə göndəriləcək.
Sentyabrın 10-da mühafizəkar fəal Çarli Kirk Yuta ştatında universitetin kampusunda çıxışı zamanı qətlə yetirilib. O, 180 metr məsafədən tüfənglə vurulub, güllə boynuna girib. Kirk xəstəxanaya çatdırılsa da, sağ qala bilməyib.
Bir neçə gün sonra polis 22 yaşlı tələbə Tayler Robinsonu həbs edib. Gənci keçmiş polis zabiti atası təhvil verib. Müstəntiqlər şübhəlinin motivlərinin Kirkin siyasi baxışlarına qarşı çıxmasından qaynaqlandığını düşünürlər.