ABŞ Prezidenti Donald Tramp əcnəbilər üçün iş vizası üzrə rüsumu 500 dəfə artırıb.
Bakupost.az xəbər verir ki, dövlət başçısı ixtisaslı əcnəbi işçilər üçün H-1B vizalarının rəsmiləşdirilməsinə görə şirkətlərə 100 min ABŞ dolları məbləğində rüsum təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bildirilir ki, bu, əsasən Hindistan və Çindən olan mütəxəssislərə güvənən yerli texnologiya sektoruna əhəmiyyətli təsir göstərə bilər.