Ru
22:10 / 20 Sentyabr 2025

Bu məktəbdə uşaqlar bir həftədir yeməksiz qalıb - QALMAQAL

Bu məktəbdə uşaqlar bir həftədir yeməksiz qalıb - QALMAQAL
Eye

Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin şagirdlərinin valideynləri məktəbin bufetinin fəaliyyət göstərməməsindən narazıdırlar.

Bakupost.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a valideynlər müraciət ediblər.

Onların sözlərinə görə, sentyabrın 15-dən - tədris ili başlayan gündən etibarən məktəbdə yeməkxana fəaliyyət göstərmir:

"Artıq bir həftədən çoxdur ki, uşaqlar dərs günü ərzində yeməksiz qalırlar. Biz bunu şagirdlərin normal təhsil şəraitinə və sağlamlığına qarşı açıq hüquq pozuntusu hesab edirik".

Valideynlər qeyd edirlər ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Qida Təhlükəsizliyi Agentliyinə (AQTA), həmçinin Ombudsman Aparatına rəsmi məktublar ünvanlayıblar. Onlar məktəb yeməkxanasının işinin təcili bərpa olunmasını tələb ediblər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufeti 22 sentyabr tarixindən fəaliyyətinə davam edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar