Ru
22:46 / 20 Sentyabr 2025

İran qərar verdi: AEBA ilə əməkdaşlıq dayandırılır

İran qərar verdi: AEBA ilə əməkdaşlıq dayandırılır
Eye

İran Milli Təhlükəsizlik Ali Şurası ölkənin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlığının dayandırılması barədə qərar qəbul edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Təsnim" agentliyi məlumat yayıb.

Şura qeyd edir ki, qərara səbəb Birləşmiş Krallıq, Almaniya və Fransanın BMT Təhlükəsizlik Şurasının anti-İran sanksiyalarını bərpa etməyə yönəlmiş addımları olub.

“İran Xarici İşlər Nazirliyi agentliklə dialoq apararaq böhranın həlli üçün planlar təqdim etsə də, Avropa ölkələrinin mövqeyi nəzərə alınaraq əməkdaşlığın dayandırılması qərara alınıb”, -məlumatda deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar