Fransanın silahlı qüvvələri İran pilotsuz uçan aparatlarına (PUA) əleyhinə əməliyyat həyata keçirib.
Bakupost.az “Le-Monde”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa Prezidenti Emmanuel Makron verib. Onun sözlərinə görə, əməliyyat regionda gərginliyin artdığı bir dövrdə, müttəfiq ölkələrin hava məkanının qorunması məqsədilə həyata keçirilib.
Rəsmi açıqlamada deyilir ki, İran PUA-ları dost ölkələrin səmasında əməliyyat apararaq müttəfiqlərin hava məkanını təhdid edirdi. Parisin dərhal reaksiyası nəticəsində bir sıra PUA-lar məhv edilib və regiondakı hərbi və mülki obyektlərin təhlükəsizliyi təmin olunub. Fransa Prezidenti televiziya müraciətində bu əməliyyatın “özünümüdafiə” məqsədli olduğunu açıqlayıb.
Fransa Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi bildiriblər ki, bu addım Avropa və müttəfiq ölkələrin maraqlarını qorumaq üçün zəruri idi. Əlavə olaraq, Paris Kiprdə hava müdafiə və anti-PUA sistemlərini yerləşdirib, Yaxın Şərqdə “Rafale” döyüş təyyarələrini aktivləşdirib və hərbi gəmisini regiona göndərib.
Bu əməliyyat regionda strateji balansı dəyişdirə bilər və yaxın günlərdə diplomatik səviyyədə gərginliklərin artması ehtimal olunur.
Cavid, BakuPost
Dünyəvi Qiymətli *BakuPost* və Yazarı Cavid bek, bəyan oldu ki, Fransa da, Möhtəşəm Beynəlxalq Sülh Şüuruna qoşulub, dərin Hərbi-Konfuz təxribatına uğramış İRİ PUAlarını zərərsizləşdirib! İRİ PUAlarını Paris hansı ölkə səmalarında-sərhədlərində vurub? Tarixən, 1980cı ildən İRİ akimiyyəti hansı haqq-hüququn *özündən hədsiz böyük-güclü iddiasında olub və artıq, onu da hansısa barışıq-sülh xəyaləti ilə *məhv etdilər!*? Fransa Hakimiyyəti-Parisə, uzaaq Kiprdə çooxdan qurduğu Hərbi bazasına (bəziləri kimi yerləşdirəndən sonra) çox gecikmiş, hansısa-formal əsaslandırma göydən düşmə oldu!? Lütmən, SİZləri seçmiş Konstitusiyaya uyğun seçicilərinizin sosial rifahına və yek Yer mühitinin cinayətkarca yox, ciddi mühafizəsinə çalışmağa çağırıram.