Fransada ekoloji keçiddən məsul nazir Matye Lefevrin mənzili qarət edilib.
Bakupost.az xəbər verir ki, oğurluq məmur və sevgilisi evdə olmadığı vaxt baş verib.
İddialara görə, oğrular qapını açmaq üçün onların poçt qutusunda qoyub getdikləri ehtiyat açardan istifadə ediblər. Bu, hadisədən sonra açarın yoxa çıxması ilə təsdiqlənib.
Hesabatda quldurların təxminən 10.000 avro dəyərində qızıl-zinət əşyaları oğurladığı bildirilir. Bununla belə, heç bir “həssas sənədlərə” toxunulmayıb.