Ru
00:54 / 06 Sentyabr 2020

Fransız fotoqrafın Bakıda çəkdiyi şəkillər Parisdə - FOTOLAR

6212
Fransanın paytaxtı Parisdə keçirilən sərgidə fransalı yazıçı-fotoqraf, rejissor Qiyom de Sardın (Guillaume de Sardes-red) Bakıda çəkdiyi şəkilləri nümayiş olunur.

"BakuPost" “Report”-a istinadən xəbər verir ki, "Şərqə, sevgi dolu və metafizik bir gəzinti” adlı yeni fotosərgidə Bakıya həsr edilmiş fotoları yer alıb.

O, qeyd edib ki, 2016-cı ildə Azərbaycanda olan sərgidəki fotolarının təqdimatında Bakıya gələrkən şəhərin yalnız “İpək Yolu” üzərində yerləşən qədim şəhər olduğu fikrində idisə, səfərindən sonra Azərbaycanın paytaxtının eyni zamanda Avropanın ən modern şəhərlərindən də müasir olduğu fikrinə gəlib.

Qiyom de Sardın fotoların təqdimatında Azərbaycandakı dini tolerantlığı xüsusilə yüksək qiymətləndirdiyini qeyd edib.

Qeyd edək ki, 20-dən çox kitabın müəllifi olan Qiyom de Sard Fransanın bir sıra nüfuzlu mükafatlarına layiq görülüb.

Sərgi 31 oktyabradək davam edəcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər