Ru
17:44 / 12 Sentyabr 2021

Fuad Oktay: ""TURKOVAC” Azərbaycanda tətbiq oluna bilər"

Fuad Oktay: ""TURKOVAC” Azərbaycanda tətbiq oluna bilər"
Eye

Türkiyənin koronavirus əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq edilə bilər.

Bakupost.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib.

Oktay bildirib ki, “TURKOVAC” vaksinlərinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparılır:

"Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir".

Vitse-prezident yerli peyvənd "TURKOVAC"ın bütün dünyada istifadə edilən peyvənd halına gəlməsi və beynəlxalq keyfiyyət əldə etməsi üçün əhəmiyyətli addımların atıldığını vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar