Ru
16:34 / 18 Oktyabr 2021

Baş prokuror Fuad Qəhrəmanlının qızının zorlanması işini nəzarətə götürdü

3359
Siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Bakupost.az -a bildirilib ki, 27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.

"Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməyən və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını bildirib. O əlavə edib ki, işi aparan Yasamal rayon prokuroru Elman Süleymanov qanunsuz olaraq cinayət işinə xitam verib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər