Ru
09:04 / 14 Yanvar 2021

"Arsenal"dan "Fənərbağça"ya keçid üçün milyonlarla avrodan imtina edir

"Arsenal"dan "Fənərbağça"ya keçid üçün milyonlarla avrodan imtina edir
Eye

"Arsenal" futbol komandasının yarımmüdafiəçisi Mesut Özil klubdan getmək üçün maaşından imtina etməyə hazırdır.

Bu barədə “The Athletic” bildirib.

Məlumata görə, futbolçu müqavilənin sonuna qədər 7,8 milyon avro qazanmalıdır. Komandanın rəhbərliyi anlayıb ki, Özil "Fənərbağça"ya keçsə, maaşının hər hansı hissəsini almaq istəmir. Futbolçu özü qışda klubu tərk etmık üçün maaşdan imtina etməyə hazırdır.

Özilin "Arsenal"la müqaviləsi iyunda başa çatacaq. Futbolçunun həftəlik maaşı demək olar, 395 min avro təşkil edir. Özil London "Arsenal"ında 2013-cü ildən çıxış edir, ancaq 2020-ci ilin martından oynamır. Mesut hətta İngiltərə Premyer Liqasının mövsümün birinci hissəsinə "Arsenal"ın əsas heyətinə daxil edilməyib. Futbolçu son həftələr əsas heyətdən ayrı məşq edirdi.

Daha əvvəl bildirilirdi ki, Özil "Fənərbağça"ya keçidə yaxındır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar