Ru
15:00 / 09 Sentyabr 2026

Övlad vermək, “Allaha çevrilmək” və həkimliyin dözülməz ağırlığı – Günel Ziyadovadan etiraflar - VİDEO

Övlad vermək, “Allaha çevrilmək” və həkimliyin dözülməz ağırlığı  – Günel Ziyadovadan etiraflar - VİDEO
Eye

“Saturasiya” layihəsinin növbəti qonağı tanınmış mama-ginekoloq, uzman doktor Günel Ziyadova olub.

"Bakupost" xəbər verir ki, səmimi və açıq söhbət zamanı Günel Ziyadova Türkiyədə keçdiyi təhsil yolundan, analıqla peşəkar inkişafı birlikdə davam etdirməyin çətinliklərindən və Azərbaycana qayıtdıqdan sonra formalaşdırdığı həkimlik fəaliyyətindən danışıb.

Podkastda qadın və reproduktiv sağlamlıq, sonsuzluq, IVF proseduruna müraciət üçün doğru zaman, hormonal stimulyasiya, yumurta toplama prosesi, süni mayalanmanın qadınların və doğulan uşaqların gələcək sağlamlığına təsiri ilə bağlı cəmiyyətdə mövcud olan sual və narahatlıqlara aydınlıq gətirilib.

Söhbət zamanı, həmçinin qız uşaqlarının erkən yaşlardan düzgün maarifləndirilməsi, yeniyetmə və yetkin qadınların sağlamlıq ehtiyacları, həkimlərin sosial mediada fəaliyyəti, pasiyent məxfiliyi, peşəkar və hüquqi təhlükəsizlik kimi vacib məsələlər müzakirə olunub.

Azərbaycanda qadın və uşaq sağlamlığının qorunması üçün görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb, səhiyyə sisteminin inkişafına dair maraqlı təklif və yanaşmalar səsləndirilib.

Günel Ziyadovanın səmimi etirafları, cəsarətli fikirləri və zəngin peşəkar təcrübəsi ilə yadda qalan “Saturasiya”nın yeni buraxılışını təqdim edirik.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar