Ru
11:05 / 04 Mart 2026

Futbolda bu qayda dəyişdi

Futbolda bu qayda dəyişdi
Eye

FİFA-nın İnkişaf Direktoru Arsen Vengerin irəli sürdüyü yeni ofsayd qaydası qəbul edilib.

Bakupost.az xəbər verir ki, yeni qaydaya əsasən, oyunçu yalnız son müdafiəçini tamamilə keçdiyi təqdirdə ofsayd hesab ediləcək və qərar artıq bədənin hər hansı bir hissəsinə baxmağa əsaslanmayacaq. Məlumata görə, epizodun ofsayd hesab edilməsi üçün oyunçunun bütün bədəni rəqib oyunçunun qarşısında olmalıdır.

“The Times” qəzetinin məlumatına görə, yeni qayda Kanada Premyer Liqasında tətbiq ediləcək. Yeni qayda uğurlu alınarsa, 2027-2028 mövsümündən başlayaraq dünyada tətbiq olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar