Ru
16:26 / 05 Noyabr 2026

Gələn il pensiyalar nə qədər artacaq?

Gələn il pensiyalar nə qədər artacaq?
Eye

2027-ci ilin dövlət büdcəsində sosial xərclərə ayrılan vəsaitin artırılması nəzərdə tutulur. Artımın əməkhaqqı, pensiya, sosial müavinət və digər ödənişlərin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

İqtisadçı Xalid Kərimli “Bakupost”a bildirib ki, gələn ilin büdcəsində cari xərclər üçün 26,4 milyard manat ayrılması gözlənilir. Bunun 18,8 milyard manatını sosial xərclər təşkil edəcək.

Onun sözlərinə görə, sosial xərclərin tərkibində həm əməkhaqqı, həm pensiya, həm də sosial müavinət ödənişləri mühüm paya malikdir. 2026-cı ilin proqnozları ilə müqayisədə gələn il sosial xərclərin 9,2 faiz artırılması gözlənilir. Bu da dövlət büdcəsinin əhəmiyyətli hissəsinin sosial xərclərin maliyyələşdirilməsinə yönəldiləcəyini göstərir.

İqtisadçı qeyd edib ki, xüsusilə inflyasiyanın yüksəldiyi dövrlərdə dövlətin əhalinin sosial cəhətdən həssas təbəqəsinə diqqəti artırmaq cəhdləri müşahidə olunur. Gələn il sosial xərclərdə nəzərdə tutulan artım, əsas etibarilə, minimum əməkhaqqının yüksəldilməsi ilə bağlıdır. Belə ki, minimum əməkhaqqının artırılmasının maliyyələşdirilməsi üçün büdcədə müvafiq resurs nəzərdə tutulub.

Bundan başqa, 2027-ci ildə pensiyaların təxminən 7,2 faiz artırılması ilə əlaqədar ehtiyatlar ayrılıb. Yaşayış minimumunun 14 manat artırılması nəticəsində ünvanlı sosial yardım və bu xarakterli digər xərclərin maliyyələşdirilməsi üçün də vəsait nəzərdə tutulub.

Xalid Kərimlinin sözlərinə görə, bir sıra müavinətlərin artırılması da planlaşdırılır. Bunlara üç yaşınadək uşağa qulluğa görə verilən müavinət və uşağın doğulması ilə əlaqədar birdəfəlik sosial müavinət daxildir. Həmin ödənişlərin artırılması istiqamətində də büdcədə əlavə resurs nəzərdə tutulub.

İqtisadçı vurğulayıb ki, hökumət son illərdə inflyasiyanın təsirlərini nəzərə alaraq bu istiqamətə daha həssas yanaşdığını nümayiş etdirir. Bu səbəbdən büdcədə əlavə xərclər müəyyənləşdirilib və onların maliyyələşdirilməsi üçün ümumi sosial xərclərin əvvəlki illə müqayisədə 9,2 faiz artırılması planlaşdırılır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
  • B.Kolxozdar

    Üst-SSRİyə nisbətən Dövlətimiz, otuz ildir daha çox vətəndaş və əməkçi insan nüfuzuna malikdir! Bu tamamlıq ölkənin gündəlik tələbat məhsulları, vasitələri və xidməti təminatı ilə yanaşı, strateji ehtiyatlar toplama zərurətini də əksiltmir!? Nisbi bərabər və həvəsləndirici əmək və əmək haqqı bölgüsü və eləcə də Əməkçi təqaüdlərinin nisbi bərabərliyi daha yüksək-yaradıcı, effektiv-məhsuldar iqtisadi fəaliyyətə zəmanət deyilmi?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar