Gələn ildən ali məktəblərə qəbulda YENİLİK OLACAQ

  • 09 Dek 2019 12:08
  • 1499 Baxış
Gələn ildən ali məktəblərə qəbulda  YENİLİK OLACAQ


2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul artıq yeni təsnifat əsasında aparılacaq.

BakuPost-un məlumatına görə, bunu “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində Təhsil naziri Ceyhun Bayramov deyib.


Onun sözlərinə görə, müasir dünyada peşələr və ixtisaslar çox sürətlə dəyişir. Bunu nəzərə alaraq müəyyən vaxtdan bir yeni ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir: "2019-u ilin fevral ayında Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatı təsdiq edilib. Hazırda ali təhsil müəssisələri tədris proqramlarını yeniləyirlər".

C.Bayramov əlavə edib ki, yaradıcı sahələr üzrə ali təhsil müəssisələrini bitirən məzunların kifayət qədər çoxu - 70 faizi qısa müddətdə əmək bazarına daxil olurlar:

"Dünya təcrübəsində yaradıcı istiqamətlərlə bağlı özünüməşğulluq faizi olduqca yüksəkdir. Müxtəlif ölkələrdə bu, 30-60 faiz arasında dəyişir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda sahibkarlıq, biznes etikası ilə bağlı olaraq bacarıqların formalaşdırılması vacibdir ki, onlar gələcəkdə iş axtaran deyil, iş yeri yaradan insanlar olsun. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidirlər".



X