Ru
20:03 / 11 Oktyabr 2019

Gəncə sakini qonşusunu güllələdi

1534
Gəncədə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, qətlə yetirilən 30 yaşlı Zeynalabdin Kərimov sözü gedən torpaq sahəsini yeni alıbmış və orda ev tikdirmək istəyirmiş. Mübahisəyə səbəb qonşusu Akif İsmayılovun onun 1 metr torpağını zəbt etməsi olub. Z. Kərimov bu gün hadisə baş verən həyətyanı sahəyə gələrək iş görmək istəyib. Bu zaman onların arasında mübahisə düşüb. A. İsmayılov onu güllələyəcəyi ilə hədələyib.

Daha sonra həmin şəxs çölə çıxaraq həyətin qapısını bağlayıb, yaşadığı evdən tüfəngi gətirərək Z. Tağıyevə atəş açıb. Həyətin qapısı bağlı olduğundan Z. Tağıyev qaça bilməyib. Qonşuların sözlərinə görə, hər iki şəxsin arasında əvvəllər mübahisə olmayıb.

Hadisəni törədən A. İsmayılov ovçu imiş. O, hadisədən sonra qətli törətdiyi tüfənglə bərabər polisə gedərək təslim olub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər