Ru
19:07 / 25 Yanvar 2020

Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyir - VİDEO

2508

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərda deputatlığa namizəd Pərvin Kərimzadə Gəncə şəhər Yeni Gəncə qəsəbəsində yerləşən hərbi şəhərçiyin sakinləri ilə görüşüb.

Ehtiyatda olan hərbi qulluqçuların, şəhid ailələrinin və hərbi şəhərçiyin sakinlərinin iştirak etdiyi görüşdə ölkə başçısı İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində görülən böyük işlərdən danışılıb.

Qeyd edilib ki, Prezident İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, bütün sahələrində qazanılan əsaslı uğurlar Azərbaycan vətəndaşlarının həyat şəraitinin daha da yaxşılaşdırılması üçün atılan addımlara nümunədir.

Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Pərvin Kərimzadə seçicilərə onu səmimi qarşıladıqlarına, göstərdikləri yekdil dəstəyə görə minnətdarlığını bildirib, onları 9 fevral VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər günü inkişafa, yeniliyə, ictimai-siyasi sabitliyə – daha güclü Azərbaycan naminə səs verməyə çağırıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər