Ru
15:06 / 08 Oktyabr 2025

Gəncədə öldürülən məktəblinin FOTOLARI

Gəncədə  öldürülən məktəblinin FOTOLARI
Eye

Xəbər verdiyimiz kimi, Gəncədə Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında qətl hadisəsi baş verib.

Bakupost.az Gencexeber.az-a istinadla xəbər verir ki, iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb. Yeniyetmə Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdi olub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisəni törədənin müəyyən edilməsi və saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Vəfat edən məktəblinin fotolarını təqdim edirik:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar