Ru
21:52 / 05 Mart 2021

Gəncədə sərnişin avtobusu ağır qəzaya düşdü - FOTOLAR

1407
Bu gün Gəncə şəhərində marşrut avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş vermiş ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

"BakuPost" xəbər verir ki, Dədə Qorqud küçəsində baş vermiş qəzada yaralanan 3 nəfər Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına çatırılıb:

1.Mövsümov Vasif Hüseyin oğlu (1985)

2.Hüseynov Akif Qabil oğlu

3. Əliyev Ayxan Elnur oğlu (2014).

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

***

Bu gün axşam saatlarında Gəncə şəhərində ağır yol qəzası baş verib.

Şəhərin Dədə Qorqud küçəsində "İsuzu" markalı sərnişin avtobusu ilə "Chevrolet" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

"Chevrolet" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıların çıxarılması üçün isə əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər