Ru
15:31 / 22 Noyabr 2022

Gənclərin saçı niyə tez ağarır? - Səbəb

Gənclərin saçı niyə tez ağarır? - Səbəb
Eye

Harvard universitetinin alimləri stresin saç tükləri piqmentasiyasına təsirini araşdırıb.

Bakupost.az xəbər verir ki, saçların ağarmasının birbaşa sinir sistemi və stress faktoru ilə əlaqəli olduğu sübut olunub.


“Siz toxumalarınızın stress altında nə qədər dəyişdiyini bilsəniz, özünüzü stresdən qoruyarsız. Stress zamanı kök hüceyrələrin aşırı aktivləşməsi baş verir, noradrenalin artır, bu zaman bütün kök hüceyrələri piqment hasil edən hüceyrələrə çevrilərək, piqment ehtiyatını vaxtından əvvəl tükədir.

Cəmi bir neçə günə bərpaedici kök hüceyrələr itirilir. Onları çox itirdikdə, saçlar ağarır və bu prosesi daha heç nə ilə bərpa edə bilməyəcəksiz”.

Eyni zamanda alimlər bildirib ki, neyronlar kök hüceyrələri və onların molekulyar səviyyədə funksiyalarını bərpa edə bilər.

Bunu elmi araşdırma ilə araşdırıb, stresin saçlara təsirini dəyişmək və prosesi bloklamaq olar.


Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar